Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Şəfa” Misli Premyer Liqasının 9-cu turunda “Kəpəz”ə 1:2 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, “Şəfa”nın baş məşqçisi Zaur Həşimov matç haqda fikirlərini bölüşüb:
"Təəssüf ki, növbəti dəfə də məğlubiyyəti şərh etməli olacağam. Oyuna yaxşı başlamadıq. Lakin ikinci hissədə tam üstünlüyü ələ aldıq və qol vurduq. Uğursuz penalti zərbəsindən sonra rəqib hesabı bərabərləşdirdi və sonda qələbə qazandı.
Futbolçular çox gərgindirlər və bu gərginliyi üzərimizdən ata bilmirik. Bununla yanaşı, ümumilikdə oyun üslubumuz və sistemimiz yeni qurulan komanda üçün yaxşıdır. Bilmirəm, bunu şanssızlıqla, yoxsa təcrübəsizliklə əlaqələndirim. Hər halda, düşdüyümüz vəziyyət bizi məyus edir. Hazırda çox çətin durumdayıq".