Hazırda danışıqlar planımız yoxdur İrandan ABŞ yə mesaj

16.07.2026

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə mümkün yeni danışıqlarla bağlı açıqlama verib. 

O bildirib ki, hazırkı şəraitdə İranın Vaşinqtonla danışıqlara başlamaq planı yoxdur və ölkənin əsas prioriteti müdafiə qabiliyyətinin gücləndirilməsidir.

Bəqayinin sözlərinə görə, istənilən razılaşma qarşılıqlı öhdəliklər əsasında qurulmalıdır. O vurğulayıb ki, əgər qarşı tərəf əldə olunan razılaşmanı pozarsa, İran da öz öhdəliklərini yerinə yetirməyəcək. Sözçü qeyd edib ki, Tehran bundan sonra da eyni prinsip əsasında hərəkət edəcək.

İran rəsmisi əlavə edib ki, ölkənin Silahlı Qüvvələri İrana qarşı istənilən hücuma adekvat cavab verir və rəsmi Tehran milli təhlükəsizliyin təmin olunması məsələsində qətiyyətli mövqe nümayiş etdirməyə davam edəcək. 

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью