Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Liverpul"un yarımmüdafiəçisi Rayan Qravenberx uğursuz mövsüm keçirən, cari "futbol ili"ndə bütün turnirlərdə 9 dəfə məğlub olan komandasının əsas problemlərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:
"Səbəblərdən biri çox qol buraxmağımızdır. Hətta hazırda əsas problemimiz budur. Bilirik ki, top komanda olaraq qalırıq, amma hələ hər şey plan üzrə getmir. Çətin durumdayıq.
Çempionlar Liqasında PSV-yə uduzmağımız? Məğlubiyyətə görə qəzəbliyik. Məncə, ilk hissədə pis oynamadıq. İkinci yarıda alınmadı. Söz tapmaq çətindir. Pis formadayıq, vəssalam".
Nihat