Hazırda İranda olan azərbaycanlı yazıçının durumu ilə bağlı açıqlama

28.02.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Yazıçılar Birliyinin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədr müavini, yazıçı, televiziya aparıcısı Həmid Heriçi hazırda Təbrizdədir. 

"Cebheinfo.az" "Yeni Sabah"-a istinadən xəbər verir ki, bunu yazıçının həyat yoldaşı, tanınmış teleaparıcı İlhamiyyə Rza deyib. 

"Hal-əhval tutan, nigaran qalan bütün dostlara təşəkkür edirəm. İnşallah, Həmid sağ-salamat gəlib çıxar... Allah bütün yaxşı insanları qorusun. Müharibələr olmasın...", - o bildirib. 

Qeyd edək ki, fevralın 28-də səhər saatlarında ABŞ və İsrail İrana zərbələr endirməyə başlayıb. İran hücuma cavab verib və İsrail ərazisini bombalayıb. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью