Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır. 1-ci liqaya yüksələn “Karvan”da xaos yaşanır.
Belə ki, klub nə toplantı ilə bağlı xəbər açıqlayır, nə də baş məşqçinin kimliyi ilə bağlı qaranlıq məqamları aydınlaşdırır.“Football-plus.az” ötən mövsüm baş məşqçi kimi komandanı elitaya yüksəldən Kənan Kərimovdan mövcud durum barədə soruşub: “Hazırda klubda iki vəzifəni icra edirəm – həm baş məşqçi, həm də vitse-prezidentəm.
Yaxın günlərdə klubumuzun prezidenti Şahmar Vəliyevlə görüşəcəyik.
Prezidentimiz hansı işi icra edəcəyimizi məsləhət görsə, biz də onu edəcəyik”.Kənan Kərimov Azər Həşimovla bağlı xəbərlərdə də aydınlıq gətirdi: “Bəli, Azər Həşimovu da dəvət etmişik, artıq bizim komandanın üzvüdü.
O da bizlə bərabər işləyəcək”.MÜZƏFFƏR QULUZADƏ Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.