Hazırda Rusiyaya qarşı 10 min erməni döyüşür Mkrtçyan

21.12.2024

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynada təxminən 10 minə qədər erməni Rusiyaya qarşı döyüşür.

Axar.az xəbər verir ki, bu barədə Ukraynadakı Ermənilər İttifaqının qərargah rəhbəri David Mkrtçyan erməni mediasına açıqlamasında deyib.

O, dəqiq rəqəmin olmamasını Ukrayna MN-in bu istiqamətdə hər hansı informasiya verməməsi ilə əlaqələndirib.

Mkrtçyanın sözlərinə görə, indiyədək müharibədə 79 erməni ölüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью