Hazırda rusların Suriyanı tərk edəcəyini düşünməyə əsas yoxdur | Icma.az
Icma.az, Sia Az saytına istinadən bildirir. Türkiyə təhlükəsizliyin təmin edilməsinə və milli maraqların qorunmasına yönəlmiş fəal siyasət y
Bu, həm regionda, həm də beynəlxalq aləmdə gərginliyin və sabitliyin pozulduğu bir vaxtda xüsusilə vacibdir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler ötən ilin yekunlarını jurnalistlərə şərh edərək bildirib.
Onun sözlərinə görə, Silahlı Qüvvələrin gücü və milli müdafiə kompleksinin inkişafı Türkiyənin maraqları baxımından xüsusi əhəmiyyət kəsb edir.
Güler qeyd edib ki, Ankara əvvəlki illərdə vaxt və məqsəd baxımından məhdud hərbi əməliyyatlar həyata keçirirdisə, bu gün maraqlarını qorumaq üçün uzunmüddətli və genişmiqyaslı addımlara arxalanır.
“2024-cü ildə bizim tərəfimizdən birbaşa 9 iri əməliyyat, 59 ortamiqyaslı və mindən çox kiçik əməliyyat keçirilib.
Türkiyə hərbçiləri bu müddət ərzində Şimali İraq və Suriya da daxil olmaqla 2939 terrorçunu zərərsizləşdirib, 99 silahlı isə könüllü təslim olub.
Bizim son məqsədimiz Türkiyənin cənub sərhədləri yaxınlığında terror təhlükəsini tamamilə aradan qaldırmaqdır”, - deyə nazir vurğulayıb.
Tam oxu
Xəbəri oxu