Hazırda seçki Ukrayna üçün zəhərdir Kliçko

21.02.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Seçki hazırda Ukrayna üçün zəhərdir. Seçki kampaniyası Ukraynanı daxildən məhv edə və ölkəni zəiflədə bilər.

Axar.az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko deyib.

"İndiki vəziyyətdə seçki vətənimiz üçün zəhərdir. Ukraynaya addım-addım sülh qayıdandan sonra növbəti məntiqi addım seçki olacaq", - o bildirib.

Onun sözlərinə görə, indi hər hansı seçkiyə hazırlaşmaq ağlabatan deyil, çünki Ukraynanın mövcud olub-olmayacağı sual altındadır:

"Ölkə daxilində və onun hüdudlarından kənarda, Ukrayna ətrafında birliyin olması çox vacibdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью