Hazırda Ukrayna ilə heç bir danışıqlar aparılmır

09.06.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya ilə Ukrayna arasında hazırda hər hansı danışıqlar prosesi getmir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya "Vesti" telekanalına müsahibəsində deyib.

O bildirib ki, Kiyev kompromisə hazır deyil və bu səbəbdən üçtərəfli danışıqlar aparılmır.

“Bildiyimə görə, hazırda heç bir danışıqlar prosesi getmir, üçtərəfli görüşlər keçirilmir”, - deyə o qeyd edib.

Diplomatın sözlərinə görə, müharibə ölkə rəhbərliyi, xüsusilə də prezident Volodimir Zelenski üçün gəlir mənbəyinə çevrilib.

Nebenzya əlavə edib ki, Kiyev Moskvanın irəli sürdüyü şərtləri qəbul etmir və bu da ciddi sülh danışıqları üçün əsas yarada bilməz.

Fatimə İbrahimova

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью