Icma.az, Qol.az saytına istinadən bildirir. "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"
QOL.az xəbər verir ki, o, matçdan əvvəl keçirilən mətbuat konfransında deyib: "Bizim üçün avrokuboklarda yeni mövsüm başlayır.
Ötən mövsüm çempionatı uğurla başa vurduq. İstəklərimizdən biri də yenidən avrokuboklara düşüb ölkəmizi, klubumuzu layiqincə təmsil etməkdir
Oyuna yaxşı hazırlaşa bilmişik. Komandamız mükəmməl formada olmasa da, mükəmmələ yaxın, yaxşı formadadır. Yeganə məsələ oyun praktikasıdır.
Hər iki komanda da vəziyyət eynidir. Sabah azarkeşləri maraqlı və gərgin oyun gözləyir.
Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik ki, cavab oyunu öncəsi üstünlüyümüz olsun.
İstəyərdik ki, azarkeşlərimiz tribunaları doldursunlar. Onların dəstəyinə ehtiyacımız var.
Tək bizim yox, bütün klublarımızın azarkeşləri komandaya stadiondan dəstək olsunlar.