“Hazırda valyuta bazarında risk yoxdur” İQTİSADÇI DANIŞDI | Icma.az
Icma.az, Sia Az saytına istinadən bildirir. “Hazırda valyuta bazarında risk yoxdur.
Mərkəzi Bankın son faiz qərarı və sonrakı mətbuat konfransında da qeyd olunduğu kimi, hazırkı dövrdə valyuta bazarında dolların satışı daha çoxdur.
İlin əvvəlindən bəri nağd valyuta bazarında 230 milyon dollardan çox valyuta satılıb”.
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O bildirib ki, əhalinin əmanət strukturlarında da dollar depozitlərinin payı azalır: “Eyni zamanda, tədiyə balansında müsbət saldo mövcuddur.
Yəni, hazırda ölkənin valyuta gəlirləri xərclərindən çoxdur.
Bütün bu amillər fonunda valyuta bazarında devalvasiya və ya digər neqativ risklər gözlənilmir.
Rəqəmsal iqtisadiyyat və texnologiyanın inkişafı isə bir sıra yeni imkanlar yaradır.
Tam oxu
Xəbəri oxu