Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Neftçi”nin parlaq dövrünün önəmli simalarından biri də Culius Vobay idi.
Syerra-Leonedən olan sabiq futbolçu “Football-plus.az”la “ağ-qaralar”ın mövcud durumu ilə bağlı fikirlərini bölüşüb:
“Həqiqətən də hazırkı “Neftçi” ilə bağlı çox söz deyə bilmərəm. Futbolçularla da əlaqəm yoxdu. Onu bilirəm ki, komandanın yaxşı futbolçuları olsa da, yaxşı performans göstərə bilmirlər, uğursuzluğa düçar olublar. Bəli, “Qarabağ”ı izləyirəm. İki həftə əvvəl keçirdikləri oyunu televizorda canlı baxmışam”.
MÜZƏFFƏR QULUZADƏ