Hazırkı şəraitdə qızılın kəskin ucuzlaşması ehtimalı aşağıdır Mütəxəssis

19.06.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"ABŞ-da faiz dərəcələrinin yüksək səviyyədə qalması və ya dolların möhkəmlənməsi qızılın qiymətinə müəyyən təzyiq göstərə bilər. Bu səbəbdən qısamüddətli dövrdə qiymətlərdə enişlər və dalğalanmaların yaşanması da mümkündür. Hazırkı şəraitdə qızılın kəskin ucuzlaşması ehtimalı aşağıdır. Əksinə, qiymətlərin yüksək səviyyədə qalması və müəyyən dövrlərdə artım nümayiş etdirməsi daha real ssenari kimi qiymətləndirilir”.

İqtisadçı ekspert Xalid Kərimli bunu 525.az-a deyib. İqtisadçı bildirib ki, qızılın qiymətini dəstəkləyən əsas amillər sırasında mərkəzi bankların qızıl alışlarını davam etdirməsi, geosiyasi gərginliklər, inflyasiya riskləri və maliyyə bazarlarındakı qeyri-müəyyənliklər yer alır.

Bu faktorlar investorların təhlükəsiz aktivlərə yönəlməsinə səbəb olur və qızıla olan tələbi artırır.

Sevinc Qarayeva 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью