Hazırlaşın: regionda böyük müharibə olacaq Braun

06.02.2026

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ və İran arasında hərbi münaqişə ehtimalı yüksək olaraq qalır, çünki Tehran danışıqlar zamanı ciddi güzəştlərə getməyə meyilli deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda ABŞ-ın İrana qarşı mövqeyi və danışıqların mümkün nəticələri ilə bağlı ekspert rəylərinə yer verilib:

Demokratiyanın Müdafiəsi Fondunun baş elmi əməkdaşı Edmund Fitton-Braun bildirib ki, danışıqlarda irəliləyiş gözləmək çətindir.

“Sabahkı danışıqlarda onların böyük güzəştlərə getməsi ehtimalı azdır. Bu səbəbdən hərbi münaqişə ehtimalı yüksəkdir”, — Fitton-Braun vurğulayıb.

Nəşr isə qeyd edir ki, eskalasiya riskinin azaldılması üçün Omanda aparılan danışıqlarda İranın raket proqramı ilə bağlı prinsipial mövqeyi nəzərə alınmalıdır.

Safura Bənnayeva
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью