“Hazırlaşmaq üçün çox vaxtımız olmadı, amma istirahət etdik” Video | Icma.az
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt”a qarşı keçiriləcək oyunöncəsi mətbuat konfransında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli baş məşqçi əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib: “Hazırlaşmaq üçün çox vaxtımız olmadı.
Bunu Antalyada da demişdim. Amma az da olsa, istirahət etdik. Daha bir yoldaşlıq görüşü keçirsəydik, daha yaxşı olardı.
İstənilən halda yaxşı oyun göstərməyə çalışacağıq. Rəqibin heyətində dəyişikliklər olub. Bu, bəzən bizim əleyhimizə olub.
Azarkeşləri sevindirməyə çalışacağıq”. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu