Hazırlıq başladı: 20 minlik qoşun döyüşə çıxarılır

25.11.2024

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rusiyanın Kurks vilayətində böyük döyüşə hazırlıq görülür”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Nəşr yazır ki, Rusiya komandanlığı ərazidə 50 minlik ordu yığıb, onun bir hissəsini Şimali Koreya hərbçiləri təşkil edir.

Məlumata görə, Ukrayna ordusu da böyük döyüşə hazırlaşır. Jurnala danışan ukraynalı hərbçilərdən biri deyir ki, onlar rusların yaxın zamanlarda genişmiqyaslı və böyük ehtimalla uğurlu olacaq hücumlarını gözləyirlər:

“İki hərbi desant diviziyası, bir hərbi desant briqadası və bir dəniz piyadaları briqadası böyük hücumu başladacaqlar”.

“Forbes” bu hücumun qarşısında Ukraynanın 20 minlik qoşununun qalacağını bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью