Hazırlıq başladı: Gürcüstanla bağlı qərar ləğv edilə bilər | Icma.az
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcü diplomatlar ölkənin Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının dayandırılmasına etiraz ediblər.
Globalinfo.az xəbər verir ki, gecə saatlarında bəyanat yayan 80-ə yaxın diplomat hökumətin qərarının ölkənin milli maraqlarına uyğun olmadığını deyiblər.
Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili isə baş verənlərə etiraz olaraq istefaya getdiyini açıqlayıb.
Hökumətin qərarına qarşı İlya Dövlət Universitetinin Alimlər Şurası da etiraz edib.
Onlar ölkənin akademik icmasının əsas vəzifəsinin Gürcüstanın Avropa ilə bağlı gələcəyini qorumaq olduğunu bildiriblər.
Etirazlar və bəyanatlar fonunda isə Gürcüstan parlamenti önündə təhlükəsizlik xəbərdarlığı sarıdan qırmızıya qaldırılıb.
Bu qərara əsasən, parlamentə daimi işçilərdən başqa heç kim daxil ola bilməz.
Tam oxu
Xəbəri oxu