Hazırlıqsız ordu ilə gəlib heç nə edə bilməzlər, onlar onsuz da darmadağın olublar Polkovn…
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində xəndəklər qazmaqda davam edir.
Bəs bu addımda ermənilərin məqsədi nədir? Yeni müharibəyə hazırlaşırlar?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Ermənistan ordusunun xəndək qazması ilə bağlı narahatlığa əsas yoxdur: "Çünki Ermənistan ordusu 44 günlük müharibədə göstərdi ki, onların hazırlıqları çox zəifdir.
İndi də bizim gözümüzün qarşısında xəndəkləri qazıb xof yaratmağa çalışırlar ki, nəyəsə hazırlaşırlar.
Xəndəkləri qazmaqla məşq edirlər, öz əsgərlərini hazırlayırlar. Əlbəttə ki, onlar gələcək üçün öz ordusunu müharibəyə hazırlayır.
Bu 3 və ya 5 ildən sonra olacaq. Çünki hazırlıqsız ordu ilə gəlib heç nə edə bilməzlər, onlar onsuz da darmadağın olublar".
Polkovnik Xocalı canisi Seyran Ohanyannın bu gün verdiyi "biz gücümüzü göstərəciyik, siz görəcəksiniz” açıqlamasına da cavab verdi: "Ona demək lazımdır ki, sən hələ Xocalıya görə cavab verəcəksən.
Tam oxu
Xəbəri oxu