Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir. - + Şikayətim “HB Güven Klinik”dəndir.
İki gün əvvəl gecə uşağın qızdırması 39-u keçdiyinə görə klinikanın acilinə müraciət etdim.
Klinikada uşağın damarını telefon işığı ilə axtarırdılar.Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə şikayətçi Sona Nəbiyeva yazıb.
O bildirib ki, klinikanın tibb bacısı 11 aylıq körpənin damarını tapa bilməyib: “68 manat həkim qəbulu və analizlərə ödəniş etdim.
Tibb bacısı 11 aylıq uşağın damarını tapa bilməyib 20 qramlıq şpris iynəsi ilə qolunu deşdi, gözümün qabağında qan necə vururdu üstünə.
Ordan qolu sıxıb tupikə qan yığdılar. Sonra tupikləri verdi əlimə ki, apar 206-207-ci otağa ver.
Qapıları neçe dəfə döyəndən sonra bir nəfər aldı məndən analizləri. Qeydiyyatda məndən sadəcə nömrə istədilər.
Səhəri gün qeyd edilmiş nömrələrə israrlı zəngimdən sonra telefonu açdılar. Nəticələri tələb etdim.