HD yayımın dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirildi

11.03.2025

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Audiovizual Şura yerli televiziya kanallarının HD yayımı dayandırması ilə bağlı iddialara aydınlıq gətirib.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Şuradan məlumat verilib:

"Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə televiziya kanallarının həm HD, həm də SD formatda yayımı həyata keçirilir.

Bu yayımlarla bağlı hazırda heç bir problem yoxdur və normal keyfiyyətdə aparılır.

Televiziya kanallarının HD yayımını dayandırması ilə bağlı bəzi sosial şəbəkə hesabları vasitəsilə yayılan xəbərlər həqiqəti əks etdirmir".

Küçələrə qar yağır, adamlara qar yağır... - Ən gözəl qar şeirləri Məktub yetişmədi - Abdulla Şaiqin hekayəsi Xankəndidə dalğalanır Azərbaycan bayrağı! - Nazim Hüseynlinin şeirləri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью