HDQ komandanı SAHA 2026 sərgisi ilə tanış olub

05.05.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı Şahin Məmmədov Türkiyənin İstanbul şəhərində keçirilən "SAHA 2026" müdafiə və aerokosmik sərgisində iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, o, Azərbaycan nümayəndə heyəti ilə birlikdə müxtəlif stendləri ziyarət edərək yeni texnologiyalar barədə məlumat alıb.

Ş.Məmmədov sərgidə nümayiş etdirilən müasir hərbi dəniz sistemləri və müdafiə sənayesi məhsulları ilə yaxından tanış olub.

HDQ komandanı sərgidə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ilə də görüşüb. Görüşdə Azərbaycan müdafiə sənayesinin inkişaf perspektivləri, hərbi-texniki əməkdaşlıq imkanları və yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Onlar, həmçinin müasir hərbi texnologiyaların tətbiqi və dəniz qüvvələrinin potensialının gücləndirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. /Report

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью