Həbib dağlarda 400 milyonluq baza tikdirdi

15.04.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UFC-nin sabiq dünya çempionu Həbib Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov məşhur idmançının Dağıstan dağlarında idman bazasının tikintisinə 400 milyon rubldan artıq yatırım etdiyini xəbər verib:

“Baza tikilib, 100 faiz güclə fəaliyyət göstərir. Artıq komandamız orda toplanışa başlayıb. Bildiyimə görə, yayın sonuna qədər ordakı bütün yerlər bron olunub. Yeddi il ərzində tikilən bazaya 400-500 milyon rubl (791-988 min manat – red.) xərclənib. Bu pul Həbibin şəxsi vəsaitidi”.


Həbibin mərhum atası Abdulmanap Nurməhəmmədov vaxtilə Dağıstan dağlarında idman bazasının tikilməsinin vacib olduğunu demişdi. Sonradan Həbib bazanı öz hesabına tikəcəyini elan etdi.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью