Həbib İsmayılov və Sadiq Quliyev 4 oyunluq cəzlandı

13.03.2025

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əvəzedicilər liqasında XXVI turun "Neftçi-2" – "Turan Tovuz-2" matçında baş verənlərin günahkarları cəzalandırılıb. Sport24.az xəbər verir ki, hakimin oyunçunu meydandan qovduğu matçla bağlı qərarları AFFA-nın İntizam Komitəsi verib.

"Neftçi-2"nin futbolçusu Kamal Kazımov 87-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Klub 50 manat cərimə edilib.

Onun komanda yoldaşı Həbib İsmayılov 90+5-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. "Neftçi-2" 300 manat ziyana düşüb.

"Turan Tovuz-2"nin futbolçusu Cavid Qasımov 90+1-ci dəqiqədə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra ehtiyat skamyanın oturacağını sındırdığına görə 1 oyun cəzalanıb. Tovuz təmsilçisi 100 manat cərimələnib və stadionun əmlakına dəymiş zərəri ödəməli olacaq.

Qonaqların digər oyunçusu Sadiq Quliyev 90+5-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 matçlıq cəzalanıb. "Turan Tovuz-2" 300 manat cərimə edilib.

Onun komanda yoldaşı Dinamin Bağırov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 50 manat ziyana düşüb.

Tovuz təmsilçisi 3 futbolçusu qırmızı vərəqə aldığı üçün 300 manat cərimələnib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью