Həbib Nurməhəmmədov 200 milyon dollarlıq təklifdən imtina etdi

19.11.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Keçmiş UFC çempionu, karyerasını məğlubiyyətsiz başa vuran Həbib Nurməhəmmədovun döyüşlərə qayıtması yenidən gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, amerikalı bloqer, boksçu və promouter Ceyk Pol rusiyalı idmançıya oktaqona qayıtması üçün 200 milyon dollar (340 milyon manat) təklif edib.

“Championship Rounds” hesabının yaydığı məlumata görə, Nurməhəmmədov bu təklifi qəbul etməyib.

“Niyə qayıtmalıyam? Artıq sübut edəcəyim heç nə qalmayıb. Qarşıma çıxacaq rəqib yoxdur, yalnız pul var. Bu isə mənim üçün motivasiya deyil”, - deyə keçmiş çempion bildirib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov 2020-ci ildə Castin Qetjini məğlub etdikdən sonra karyerasını başa vurub. O, peşəkar MMA-da keçirdiyi 29 döyüşün hamısında qələbə qazanıb.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью