Həbib Nurməhəmmədov yarış üçün Bakıya gəlir

23.04.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov “UFC Fight Night” 259 turnirinin keçiriləcəyi Bakıya uçacaq. Tədbir iyunun 21-nə planlaşdırılıb.

Lent.az xəbər verir ki, bu barədə rusiyalı MMA döyüşçüsü sosial şəbəkədə yazıb:

“Biz Tagir Ulanbekovla birlikdə qonaqpərvər Azərbaycana uçacağıq. Yalnız qələbə!”.

Bu turnir çərçivəsində Ulanbekov yaponiyalı Kyoji Horiquçi ilə görüşəcək. 

Xatırladaq ki, Nurməhəmmədovun özü artıq döyüşçü karyerasını başa vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью