Həbs edilən icra başçısının vəkili məlum oldu

31.10.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakənin icra başçısı İslam Rzayevin vəkili bəlli olub.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, İslam Rzayevi tanınmış vəkil Elvin Əliyev müdafiə edəcək.

İ.Rzayev korrupsiya cinayətlərində şübhəli bilinərək tutulub. Daha sonra Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib. O, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra məhkəməyə çıxarılacaq.

Qeyd edək ki, Elvin Əliyev daha çox meyxanaçı Rəşad Dağlının vəkili kimi tanınır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью