Həbs edilən Qaqauziya liderindən Putin və Ərdoğana müraciət

27.03.2025

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul Rusiya və Türkiyə Prezidentlərinə müraciət edib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, ötən gün saxlanılan Qaqauziya lideri Vladimir Putin və Ərdoğandan kömək istəyib.

O, Kişinyov hava limanında 2023-cü il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb. Prokurorlar onun həbsini istəyir.

Siyasətçinin tərəfdarları bu işin siyasi çalarları olduğunu iddia ediblər və muxtar parlament həbsin şərtləri ilə bağlı beynəlxalq araşdırmaya çağırıb.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью