Icma.az, Moderator.az portalına istinadən məlumat yayır. Bərdə Rayon məhkəməsinin vətəndaşdan külli miqdarda rüşvət almaqda ittiham olunan h
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, istintaq hakimin 21 min manat rüşvət aldığını aşkar edib.
İttihama görə Elsun Əhmədov hakim olan zaman icraatında Məqsəd Bayramovun narkotik ittihamı ilə həbs edilməsi ilə bağlı iş olub.
Hakim Məqsəd Bayramovun arvadından bu iş üzrə minimum həddə cəza təyin etmək üçün 21 min manat pulu rüşvət olaraq tələb edib.
Hakim pulu iclas katibi Orxan vasitəsi ilə 10 min, 8 min və 3 min olmaqla hissə-hissə alıb.
Hakim aldığı rüşvətin qarşılığında Məqsəd Bayramova minimum həddə- 3 il azadlıqdan məhrumetmə cəzası təyin edib.
Hakim məhkəmədə ifadə verən zaman özünü rüşvət almaqda yox, dələduzluqda günahkar bilib.
Pulu almasının səbəbi kimi isə anasının onkoloji xəstə olmasını göstərib.