Həbs olunacağından qorxduğu üçün marşrutunu uzatdı

07.04.2025

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

Macarıstana səfərini başa vurduqdan sonra ABŞ-ə uçan İsrailin Baş Naziri Benyamin Netanyahu bəzi Avropa ölkələrinin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) barəsində çıxardığı həbs qərarını yerinə yetirəcəyindən narahat olaraq marşrutunu uzadıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki,  Netanyahu bəzi Avropa ölkələrinin Qəzzada törədilən hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə bağlı BCM-nin qərarını təcili eniş zamanı həyata keçirmə ehtimalına görə marşrutunu uzatmağı seçib.

Netanyahu Macarıstanın paytaxtı Budapeştdən ABŞ-nin paytaxtı Vaşinqtona səfəri zamanı 400 kilometr daha uzun bir marşrutla uçub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью