Icma.az, Avtosfer portalına istinadən məlumat verir. Hərbi xidmətə çağırış mövsümündə minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzr
Avtosfer.az xəbər veriri ki, onların arasında əvvəllər məhkumluq həyatı yaşamış şəxslər də olur. Bəs bu halda prosedur necə tənzimlənir?
Məhkumluğu olan bir şəxs digər çağırışçılar kimi xidmətə göndərilə bilərmi, yoxsa bu vəziyyət onun hərbi xidmətə qəbuluna mane olur?
Məsələyə hüquqi baxımdan yanaşdıqda, burada həm təhlükəsizlik, həm də qanunvericilik aspektləri nəzərə alınmalıdır.
Kimlər üçün bu məhdudiyyət qüvvədədir, kimlər isə istisna sayılır?
Mövzu ilə bağlı hüquqşunas Ramil Süleymanov saytımıza açıqlamasında bildirib ki, “Hərbi xidmət keçmə haqqında” qanunda konkret şəkildə qeyd olunmayıb ki, məhkumluğu olan və ya məhbus həyatı yaşamış şəxslərin hərbi xidmətə çağırılması qadağandır: “Yəni qanunvericilikdə belə bir məhdudiyyət nəzərdə tutulmayıb.
Lakin hərbi xidmətə çağırış zamanı vətəndaş haqqında müvafiq məlumatlar toplanarkən onun məhkumluğu, məhkumluğunun ödənilməsi və ya götürülməsi ilə bağlı məlumatlar da şəxsi işinə əlavə olunur.
Bu səbəbdən, həmin məlumatlar əvvəlcədən çağırışçının xidmət edəcəyi hərbi hissəyə təqdim edilir ki, şəxsin vəziyyəti barədə ciddi nəzarət həyata keçirilsin”.