Həbs olunan partiya sədri azadlığa buraxılmadı

04.02.2025

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın 21-də “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə həbs edilən Zəfər Partiyasının sədri Ümit Özdağ qərardan şikayət verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, barəsindəki həbs qərarını ləğvi tələbinə İstanbul 2-ci Sülh Cəza Məhkəməsi tərəfindən baxılıb.

Məlumata görə, məhkəmə tələbi rədd edib: "Beləliklə, partiya sədri həbsdə qalacaq".

Xatırladaq ki, Ümit Özdağ Silivridəki Mərmərə Qapalı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Samir Musayev
MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью