Həbs orderinə baxmayaraq: Macarıstana getdi FOTOLAR

03.04.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu xanımı Sara ilə Macarıstana rəsmi səfər edib.

“Qafqazinfo” Macarıstanın “Magyar Nemzet” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin müdafiə naziri Kriştof Salai-Bobrovnitski açıqlayıb.

Bir neçə gün davam edəcək səfər Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti əsasında baş tutub. 

“The Times of Israel” isə yazır ki, bu, Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Baş nazir barəsində həbs qərarı çıxarmasından sonra ilk səfəridir. Qəzetin mənbələrinin sözlərinə görə, Netanyahu səfər zamanı İsrailin BCM-dən çıxmasını elan edə bilər. 

Xatırladaq ki, BCM ötən ilin noyabrında “Qəzza zolağında hərbi cinayətlərə görə” İsrailin Baş nazirinin həbsinə dair order verib. V.Orban məhkəmənin bu addımını kəskin tənqid edib və BCM-in tələblərinə zidd olaraq Netanyahunu Budapeştə səfərə dəvət etməyi vəd etmişdi.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью