HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK in QAPSI NECƏ AÇILDI? Birdən birə niyə belə bir oyuna əl atıldı?

30.01.2026

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Qəbul imtahanlarına qanunsuz müdaxilə ittihamı ilə həbs edilən təhsil eksperti Kamran Əsədovun ötən ilin 27 noyabrında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nərimanov Rayon Komitəsinin sədri vəzifəsinə gözlənilməz "seçkisi"ndən iki ay ötsə də, o prosesin "yanğısı" hələ də davam edir.

Məlumata görə, həmin vaxtı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədri Sahib Məmmədovun şifahi razılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayevin isə birbaşa iştirakı ilə həbs təhlükəsiylə üz-üzə olan Kamran Əsədovun birdən-birə mötəbər bir quruma sədr gətirilməsi bir çox dairələrdə, o cümədən Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən çox sərt qarşılanıb.

Hazırda 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifad) maddələri ilə ittiham olunaraq məhkəmə zalında həbs olunan Kamran Əsədovun ETİHİ-nin Nərimanov Rayon Komitəsinin sədri vəzifəsinə gətirilməsi ETN-nin sürətli hərəkətlənməsinə səbəb olub.

"Həmin xəbər ilk olaraq modern.az saytında yayıldı. Kamran Əsədov hətta o sayta təyinatını təsdiqlədi. Lakin qısa zaman sonra ETN-nin müdaxiləsiylə həmin xəbər nüfuzlu saytlardan silinməyə başladı. Lakin Kamran Əsədov və Araz Paşayev geri çəkilmək niyyətində deyillərdir. Yəqin onlar AHİK sədri Sahib Məmmədovun arxalarında sonədək dayanacağını düşünürdülər. Təsadüfi deyil ki, xəbərlər silinməklə təyinat qeyri-rəsmi təkzib olundu. Lakin belə bir anda Kamran Əsədov feysbuk profilində yeni iş yerini yenilədi, hətta AHİK və ona yaxın çevrələrdə bu xəbər rəsmən təkzib olunmadı. Üstəlik, Kamran Əsədov yeni iş yerindəki kabinetinə belə ayaq açdı. Məhz bundan sonra qeyzlənən qarşı yuxarı təşkilatların təzyiqi ilə Sahib Məmmədov-Araz Paşayev cütlüyü Kamran Əsədovla bağlı qərarı geri oxumağa məcbur oldu", deyə mənbə Poliqon-a bildirib.

Məlumata görə, həmin vaxtı Sahib Məmmədovun qarşısına qanunun tələbləri qoyulub.

"Həmin tələblərdə isə bildirilir ki, ilk həmkarlar ittifaqı komitələrinin, həmkarlar ittifaqı rayon, şəhər hüquqlu komitələrinin rəhbərləri (sədr və müavinlər) həmin komitələrin tərkibindən bilavasitə yığıncaq iştirakçıları, konfrans nümayəndələri tərəfindən və ya komitələrin iclaslarında seçilir, müvafiq olaraq yuxarı həmkarlar ittifaqı orqanının Rəyasət Heyəti tərəfindən təsdiq edildikdən sonra səlahiyyətli sayılır.

Yığıncaq, konfrans, həmkarlar ittifaqı komitəsirəhbərliyinə və müavinliyinə namizədlər barədə yığıncaqda, konfransda ayrı-ayrılıqda bülletenlərə daxil edilməklə seçki aparılır və bu qərarın təsdiqi üçün yuxarı həmkarlar ittifaqı orqanına, yəni AHİK sədri Sahib Məmmədova müraciət edilir. Məhz onun təsdiqindən sonra "təyinat" qüvvəyə minməliydi. Lakin qeyd etdiyimiz kimi, məsələnin olduqca şişməsi Sahib Mımmədov-Araz Paşayev tandeminin geri çəkilməsinə səbəb oldu", - deyə mənbə qeyd edib.

Mənbə bildirib ki, təyinatdan qısa müddət sonra Kamran Əsədov haqqında Baş Prokurorluğun məlumat yayması və bunun ardınca onun məhkəmə zalında həbs olunması Araz Paşayevlə yanaşı, AHİK sədrinin özünü də "dalan"a dirəyib.

Bəs "Həmkarlar"ın rəhbərliyinin Kamran Əsədova bu jestinə səbəb nəydi? Birdən-birə niyə belə bir oyuna əl atıldı? Onlar doğrudan da bu prosesin "partlayacağı"nı bilmirdi, yoxsa, yoxsa Emin Əmrullayevə hansısa sətiraltı gizli mesaj ötürülürdü?

Bu və ya digər iddialarla bağlı araşdırmamız olacaq/Poliqon.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью