Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (HEQT Mərkəzi) və Hüquq və
Redaktor.az xəbər verir ki, 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan tədbiri HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudo
O, bu cür təşəbbüslərin hüquqi mühitin inkişafı və cəmiyyətin hüquq biliklərinin artırılması üçün mühüm rol oynadığını qeyd edib.
Samir Mahmudov xüsusi vurğulayıb ki, bu layihənin məqsədi yalnız hüquqi normativlərə dair elmi-praktiki izahlar təqdim etmək deyil, həm də cəmiyyətin, xüsusilə hüquq mühafizə orqanlarının və ictimaiyyətin həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının qorunması sahəsində daha dərindən məlumatlanmasını təmin etməkdir.
İcraçı direktor belə qanunların qəbul edilməsinin hüquq mühafizə orqanları ilə vətəndaşlar arasında sağlam dialoqun qurulmasına və insan hüquqlarının müdafiəsinin praktiki həll yollarının tapılmasına təkan verdiyini də diqqətə çatdırıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxışında “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair Elmi-Praktiki Kommentariyanın hazırlanmasını və institutun bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.
Ombudsman bildirib ki, belə kommentariyalar qanunvericilik prosesinin mahiyyətini və məzmununu açıqlamaq məqsədini daşıyır, həmçinin hüquq ictimaiyyəti və geniş auditoriya üçün nəzərdə tutulur.
Bu cür vəsaitlərin məlumatlılığın artırılması baxımından da böyük əhəmiyyət kəsb etdiyini də qeyd edib.