Həbsdə olan azərbaycanlı müəllim naməlum yerə aparılıb

24.07.2026

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kərəc şəhərinin həbsxanasının təkadamlıq kamerasında saxlanılan azərbaycanlı müəllim və ictimai fəal Məsud Fərhixtə naməlum yerə aparılıb.

Gunaz.tv

Bu haqda onun ailəsi məlumat yayıb.

Fərhihxtənin həyat yoldaşının sözlərinə görə, müəllimin hara aparıldığı ilə bağlı müraciətləriə cavab verilməyib.

Qeyd edək ki, Albürz əyalətinin İslamşəhr şəhərində yaşayan müəllim və ictimai fəal Məsud Fərhihxtə, ötən ilin avqust ayında 4 il, 1 ay, 17 gün həbs cəzasına məhkum edilib.

O, "ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" və "hökumətə qarşı təbliğat"da günahlandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью