Həbsdə olan bəstəkardan möhtəşəm musiqi: “REPUTASİYA” Yeni Sabah

06.11.2024

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Həbsdə olan tanınmış bəstəkar Tural Bayraməliyev bəstələdiyi “Reputasiya” adlı kompozisiyasını Azərbaycanda keçiriləcək COP29-a həsr edib. 

Yenisabah.az-a açıqlamasında bəstəkar bildirib ki, İqlim Dəyişikliyi Beynəlxalq Konfransına ev sahibliyi etmək böyük bir reputasiyadır və bu, hər bir vətən, millət, dövlət sevən azərbaycanlını sevindirməlidir. 

“Bir sənət adamı olaraq bütün dünyaya çağırış edərək söyləmək istəyirəm ki, gəlin dünyamızı, gələcəyimizi, insanımızı və təbiətimizi bütün təhlükə və fəsadlardan, çirkinliklərdən qoruyaq”. 

Xatırladaq ki, “Reputasiya” adlı kompozisiyanın aranjımanını İlkin Həsən edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью