Gununsesi saytına istinadən Icma.az xəbər verir. Bir müddət əvvəl Baş Prokurorluq tərəfindən həbs edilən Səhiyyə Nazirliyi İctimai Səhiyyə v
Müraciətinin bir surətini də Gununsesi.info-ya yollayan Verdiyev günahsız olduğunu deyib.
“Mən, 24.11.2024-cü il tarixində Azərbaycan Respublikasının Baş Prokrorluğunun İstintaq İdarəsi tərəfindən guya dövlət sirrini yaymaq və vəzifə səlahiyyətlərini sui-istifadə etmək maddələri ilə ittiham olunaraq həbs edilmişəm.
Lakin iki ay müddətində həbsdə olmağıma baxmayaraq, ittiham olunduğum maddələr üzrə hələ də konkret məlumat verilməyib.
Qeyd etmək istəyirəm ki, mənim Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən ərazilərə səfərim zamanı səsləndirdiyim müsahibələr, tamamilə rəsmi dövlət qurumlarının məlumatlarına əsaslanır.
Mənim bütün ictimai fəaliyyətim müzəffər Ali Baş Komandanımızın və qalib Silahlı Qüvvələrimizin təbliğinə yönəlmişdir.
Fəaliyyətim dövründə bir dəfə də olsun Azərbaycanın dövlət və milli maraqlarına zidd bir kəlmə belə işlətməmişəm.
Qazax rayonunda təhkim edilmiş mediatura müstəqil hərbi ekspert kimi dəvət olunmuşam.