Həbsdə olan iranlı rejissor yeni mükafat aldı

03.12.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

İranlı dissident rejissor Cəfər Pənahi "Gotham Awards" mükafatlarının qalibi olub.

"Yeni Sabah" xəbər verir ki, Nyu-Yorkda baş tutan mərasimdə o, 3 mükafata layiq görülüb: rejissorluq, orijinal ssenari və ən yaxşı beynəlxalq film (“Sıradan bir qəza”).

Elə həmin gün səhər saatlarında İran məhkəməsinin ona 1 il həbs və 2 il səfər qadağası kəsdiyi açıqlanıb.

Pənahi hələ film üzərində iş başlamazdan əvvəl həbs edilib və yalnız aclıq aksiyasından sonra sərbəst buraxılıb. 2010-cu ildən qüvvədə olan peşəsinə və səyahət qadağasına baxmayaraq, film çəkməyə davam edib. May ayında onun yeni filmi Kannda "Qızıl Palma budağı" qazanıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью