Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, arqument.az saytının baş redaktoru Şəmşad Ağanın anası Zərifə Ağayeva bu gün saat 13 radələrində vəfat edib.
Bakupost.az xəbər verir ki, 77 yaşlı Zərifə Ağayeva parkinson xəstəliyindən əziyyət çəkirdi.
Onun nəşinin sabah Lerik rayonunda dəfn olunacağı gözlənilir.
Anasının ölümü ilə əlaqədar vəkili Fəxrəddin Mehdiyev Şəmşad Ağanın yas mərasimində iştirakının təmin olunması üçün məhkəməyə vəsatət verib.
Ötən il oktyabrın 12-də Şəmşad Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi.
Şəmşad Ağa 2025-ci il fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Elnur,
BakuPost