Həbsdə olan məşhur reper Trampdan görün nə istədi

07.10.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp həbsdə olan amerikalı reper P.Diddinin (əsl adı Şon Kombs) ondan əfv olunmasını xahiş etdiyini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərlə görüşü zamanı danışıb.

“Bir çox insan məndən əfv istəyib. Mən ona Puff Daddi deyirəm, o da həmçinin həmin siyahıdadır”, – deyə Tramp bildirib.

Ağ Ev rəhbəri söhbətin təfərrüatlarını açıqlamayıb və sənətçini əfv etməyə hazır olub-olmadığını da deməyib.

Qeyd edək ki, P.Diddi dörd il iki ay müddətinə azadlıqdan məhrum edilib. O, qadınları fahişəliyə cəlb etməkdə iki fakt üzrə təqsirli bilinib.

Günel Cəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью