Həbsdə olan Nurlan Libre ilə bağlı QƏRAR

15.03.2025

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Jurnalist Nurlan Librenin (Qəhrəmanlı) həbs müddəti uzadılıb.
Bizim.Media trend-ə istinadən xəbər verir ki, həbs müddəti uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.
Təqdimata bu gün Xətai rayon Məhkəməsində baxılıb və təmin edilib.
Qərara əsasən, jurnalist barəsində həbs-qətimkan 3 ay müddətinə uzadılıb.
Qeyd edək ki, Nurlan Libre "Meydan TV" ilə əlaqəli cinayət işinə görə həbs edilib və qaçaqmalçılıqda ittiham olunur.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью