Həbsdə olan Paşinyana Karapetyan nə təklif edibmiş?

12.11.2025

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Karen Karapetyan onda Ermənistanın rəhbəri Serj Sərkisyanın adından danışdığını deyib.
“Karapetyan birbaşa yox, incə şəkildə (inkar etsə, başa düşəcəyəm, çünki təklif birbaşa deyildi) mənim azad olunmağımı təklif etdi, bundan sonra inqilabi proses dayanmalıdır. Karapetyan isə, beləliklə, bütün tərəflərin qəbul etdiyi bir şəxs kimi ölkənin rəhbəri olmalıdır. Mən dedim ki, yox, Serj getməlidir”, - Paşinyan bildirib.
Bundan sonra Karapetyan Sarkisyanla danışıb və Paşinyanın sözlərinə görə, onun yanına qayıdıb. O, prezidentin razılaşdığını, lakin bunu Frankofoniya sammitindən sonra təklif etdiyini bildirib.
Bununla da razılaşmayan Paşinyan Sərkisyanın iyunda istefa vermək təklifini rədd edərək, onun həmin gün və ya ertəsi gün getməsi tələbini qoyub. Nəhayət, Karapetyan Sərkisyanın razılaşdığını söyləyib.
Sabiq prezident Serj Sərkisyanın son müsahibəsində ona baş nazirin müavini vəzifəsi təklifinə gəlincə, Paşinyan heç kimlə belə söhbətin olmadığını vurğulayıb. Paşinyanın sözlərinə görə, onunla söhbətdə bu mövzunun qaldırılmasına imkan belə verməzdi.
Xatırladaq ki, 2018-ci ilin aprelində “məxməri inqilab” zamanı Paşinyan saxlanılaraq istintaq təcridxanasına aparılıb. Onunla danışıqlara baş nazirin ovaxtkı müavini Karen Karapetyan göndərilib.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью