Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan yenidən tərəfdarlarına müraciət edib.
"Unikal" xəbər verir ki, Öcalan İmralı Həbsxanasından 7 dəqiqəlik videoya çəkildiyi bildirilən mesajında təşkilatı silahı yerə qoymağa çağırıb.
Öcalanın mesajı ilə birlikdə həbsdə olduğu digər məhbuslarla yeni fotosu da paylaşılıb.