Həbsdə olanların bank hesabları aktiv qala bilərmi? KONKRET

14.10.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Həbsxanada olan şəxslərin bank hesabları aktiv qalır.

KONKRET.az xəbər verir ki, bu barədə Pravda.az-ın suallarını cavablandıran hüquqşünas Əkrəm Həsənov deyib ki, həbsdə olan şəxs öz bank kartını kiminsə istifadəsinə veribsə, həmin kartdan istifadə etmək olar.

“İcazə verməyibsə, həbsdə olan şəxs banka müraciət etməlidir ki, kartını bloklasınlar. Yəni həbsdən banka məktub yaza bilər. Bu, avtomatik baş vermir. Şəxsin hesabı aktiv qalır. Çünki bank vətəndaşın həbsdə olub-olmadığını bilmir”, – o deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью