Həbsdəki 21 günü ilə bağlı kitab yazdı

22.11.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi həbsdə keçirdiyi günlərlə bağlı “Məhbusun gündəliyi” adlı kitab yazıb.

“Qafqazinfo” Fransa mediasına istinadən xəbər verir ki, eks-prezidentin həmin kitabı dekabrın 10-da təqdim ediləcək.

Sarkozi “X” hesabında yeni kitabı ilə bağlı paylaşım edərək, həbsxanada keçirdiyi 21 günün onda dərin təəssürat doğurduğunu bildirib. 

Xatırladaq ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub. Siyasətçi bu ilin sentyabrın 25-də 2012-ci ildə seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. O, noyabrın 10-da apellyasiya şikayətinə baxılana qədər şərti azadlığa buraxılıb. Həmin prosesin isə martın 16-dan iyunun 3-nə qədər baş tutacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью