Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevin cinayət işi üzrə Bakı Apellyasiya məhkəməsində yekun qərar qəbul edilib.
Gununsesi.info xəbər verir ki, qərara əsasən, təqsirləndirilən keçmiş diplomat Ramiz Vəliyevə amnistiya tətbiq edilərək cəzasından 6 ay azaldılmış, yekun olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası verilib.
Belə ki, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində müşavir olmuş sabiq diplomat Ramiz Vəliyev DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 dekabr 2024-cü ildə saxlanılıb.
Ona AR Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.
R.Vəliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda təqsirli bilinib.
Vəliyev xidməti vəzifələrini icra edərkən özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd şəkildə istifadə edib. Nəticədə isə fiziki və ya hüquqi şəxslərin hüquq və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan maraqlarına ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda təqsirli bilinib.
Qeyd edək ki, həbs edilən keçmiş diplomat Ramiz Vəliyev keçmiş vəkil Adəm Məmmədovun əmisidir.
Elmar