Həbsdəki diplomatın istintaqı uzadıldı

17.03.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Səbail Rayon Məhkəməsində bir neçə ay əvvəl Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Azərbaycanın Misir-Ərəb Respublikasındakı səfirliyinin təmsilçisi Ramiz Vəliyevin barəsindəki həbs qətimkan tədbiri daha üç ay uzadılıb.

Gununsesi.info xəbər verir ki, Səbail Rayon Məhkəməsi istintaq orqanının bu barədə olan vəsatətini təmin edib.

Xatırladaq ki, Ramiz Vəliyev hazırda həbsdə olan vəkil Adəm Məmmədovun əmisidir.

Qeyd edək ki, Ramiz Vəliyev beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi dövrdə dövlətə qarşı təxribat xarakterli kampaniyaların araşdırılması ilə bağlı davam edən cinayət işi üzrə həbs edilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью