Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir. Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov cəzasının yü
BAKU.WS xəbər verir ki, Musavat.com bu barədə məlumat paylaşıb.
Onunla bərabər müxtəlif müddətlərə cəzalara məhkum olunmuş Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə də barələrindəki hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət ünvanlayıblar.
Vəkilləri şikayətlərində Nizami Məmmədov tərəfindən dövlətə dəymiş ziyanın yarısının ödənilməsinin nəzərə alınması, barəsində daha yüngül cəza təyin olunmasını xahiş ediblər.
Apellyasiya şikayətləri hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılır.
Hazırda hakim qarşısına çıxarılan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən həbs olunublar.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.