Həbsdəki iş adamının dövlətə külli miqdarda borcu üzə çıxdı

26.06.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

ATV kanalının sabiq prezidenti, hazırda həbsdə olan Tağı İbrahimova məxsus olduğu bildirilən “Bakı Ağac Emalı” ASC-nin dövlət büdcəsinə 316 min 96 manat 75 qəpik vergi borcu yaranıb.

Gununsesi.info “Yeni Avaz” istinadən xəbər verir ki, nizamnamə kapitalı 679 min 574 manat olan ASC-nin qanuni təmsilçisi İbrahimov Nəriman Həsən oğludur.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında “Bakı Ağac Emalı” ASC-nin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayış baş verib. Bir ildən çox davam edən istintaqdan sonra “Bakı Ağac Emalı” ASC-nin faktiki sahibi olan Tağı İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью