Həbsdəki jurnalist əfv ərizəsi yazıb

22.10.2025

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Hazırda həbsdə olan jurnalist Teymur Kərimli Prezident İlham Əliyevə əfv ərizəsi yazıb.

Bu barədə Gununsesi.info-ya onun həyat yoldaşı Aynur Kərimova deyib.

Onun sözlərinə görə, Teymur Kərimli prezidentə yazdığı əfv ərizəsində himayəsində 4 azyaşlı övladının olmasını, habelə həyat yoldaşınınnun onkoloji xəstəlikdən əziyyət çəkməsini nəzərə almasını xahiş edib.

Qeyd edək ki, Teymur Kərimli CM-nin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

O, ittihamları rədd edir , həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Firuzə

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью